Bank Of Baku

CHP millət vəkili Onur Öymən: “Ermənistan Türkiyəyə böhtan atmaq əvəzinə işğla etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır”

CHP millət vəkili Onur Öymən: “Ermənistan Türkiyəyə böhtan atmaq əvəzinə işğla etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır”
# 09 oktyabr 2007 08:08 (UTC +04:00)
O, Konqresin çıxaracağı qərarı Türkiyə-ABŞ münasibətlərinə zərər vuracaq addım kimi dəyərləndirib: “Bu qərar eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin daha da pisləşməsinə səbəb olacaq. Buna görə də, ABŞ hökumətinin qondarma “erməni soyqırımı” layihəsinin qəbuluna əngəl olmasını gözləyirik. Çünki qərarın qəbul edilməsi halında Türkiyə bəzi məhdudlaşdırıcı tədbirlər görə bilər və bunun zərərini də hər kəs görəcək. Əgər söhbət həqiqətdən gedirsə, ilk növbədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına münasibət bildirmək lazımdır. Xocalıda, Şuşada və başqa yerlərdə soyqırımına məruz qalan insanları xatırlamaq lazımdır. Bu məsələləri gündəmə gətirmirlər, 90 il əvvəl olmuş hadisələrə yalan donu geyindirərək süni gündəm yaratmağa çalışırlar. ABŞ Konqresində belə qərarın qəbulu doğru deyil”. Onur Öymən AKP hökumətinin Konqresdə qondarma “erməni soyqırımı” barədə qanunun qəbulunun əngəlləmək üçün lazımi dərəcədə iş görə bilmədiyini deyib: “Konqres üzvlərini Türkiyəyə dəvət edərək onlara ölkəmizin əlində olan arqumentləri izah etmək lazım idi. Məsələn, ABŞ-ın İraqda dislokasiya olunmuş hərbi qüvvələrinə silah-sursat, geyim və ərzaq dəstəyi Türkiyə üzərindən gedir. Ermənistanda tələbatının böyük hissəsini Türkiyədən alır. Bunlara əngəl olmaq imkanı var, amma Türkiyə bu məsələləri kifayət qədər açıqlaya bilmədi”. Onur Öymən ABŞ Konqresinin qəbul edəcəyi qərar layihəsinin Türkiyə-Ermənistan münasibətlərini daha da gərginləşdirəcəyini deyib: “Belə təzyiqlərlə Türkiyənin Ermənistana güzəştə getməsi düşünülə bilməz. Ermənistan öz ayağına atəş açır. Ermənilərin görəcəyi ilk iş Türkiyəyə böhtan atmaq əvəzinə işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmaqdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR