Bank Of Baku

Novruz Məmmədov: “Azərbaycan prezidenti İlham Əliyev Vilnüsdəki enerji konfransında çıxış edəcək”

Novruz Məmmədov: “Azərbaycan prezidenti İlham Əliyev Vilnüsdəki enerji konfransında çıxış edəcək”
# 09 oktyabr 2007 08:31 (UTC +04:00)
Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov APA-ya açıqlamasında bildirib ki, 5 dövlət başçısı və bir çox ölkənin yüksək səviyyəli nümayəndələrinin qatılacağı konfransda prezident İlham Əliyevin çıxışı nəzərdə tutulub. Toplantının gedişində iki sənədin imzalanması gözlənilir. Həmin sənədlər iki enerji layihəsinin həyata keçirilməsinə start verə bilər. Bunlardan biri Litva ilə Polşa arasında elektroenerji körpüsünün yaradılması, digəri isə Odessa-Brodı-Plotsk neft boru kəməri ilə bağlı müqavilədir. N. Məmmədov həmçinin əlavə edib ki, konfrans çərçivəsində GUAM ölkələrinin yubiley görüşü də keçirilə bilər.
Qeyd edək ki, tədbirin təşkilatçıları Litva Xarici İşlər Nazirliyi, Litva Strateji Tədqiqatlar Mərkəzi və ABŞ-ın Hudson İnstitutudur. Konfrans çərçivəsində ekspertlərin və enerji müəssisələri təmsilçilərinin iştirakı ilə forum da keçiriləcək. Forumda ABŞ dövdət katibinin müavininin köməkçisi Metyu Brayza “Avrasiyanın enerji təhlükəsizliyi: geopolitika və qaz nəqlinin müxtəfliyi” mövzusunda çıxış edəcək. Onun xanımı Hudson İnstitutunun böyük elmi işçisi, Avrasiya Siyasəti Mərkəzinin direktoru Zeyna Baran forumun sessiyalarından birinin aparıcısı olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR