Bank Of Baku

Novruz Məmmədov: “MDB yanında Azərbaycanın daimi nümayəndəsini təyin etməyə hələlik ehtiyac yoxdur”

Novruz Məmmədov: “MDB yanında Azərbaycanın daimi nümayəndəsini təyin etməyə hələlik ehtiyac yoxdur”
# 09 oktyabr 2007 08:58 (UTC +04:00)
Azərbaycan MDB yanında daimi nümayəndə təyin etməyə hələlik ehtiyac duymur. Bunu APA-ya açıqlamasında Prezident Aparatı beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov deyib. Azərbaycanın MDB üzvləri arasında bu qurum yanında daimi nümayəndə təyin etməyən yeganə ölkə olmasına münasibət bildirən N. Məmmədov bildirib ki, indiyədək buna ehtiyac yaranmayıb: “Ehtiyac yaranarsa, təyin olunar”. Oktyabrın 5-də Düşənbədə keçirilən MDB sammitində qurumun icra katibi vəzifəsinə Sergey Lebedevdən başqa namizəd olub-olmadığı barədə sualı cavablandıran N. Məmmədov bu məsələnin qapalı iclasda müzakirə edildiyi üçün heç nə deyə bilməyəcəyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR