Bank Of Baku

ACP sədrinin müavini ABŞ-a gedib

ACP sədrinin müavini ABŞ-a gedib
# 09 oktyabr 2007 09:03 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Yaqub Abbasov partiyanın lideri Rəsul Quliyevlə müzakirələr aparmaq üçün ABŞ-a gedib. ACP-dən APA-ya verilən məlumata görə, partiya lideri ilə sədr müavini Azərbaycandakı hazırkı vəziyyəti müzakirə edib növbəti mərhələdə partiyanın atacağı addımları müəyyənləşdirəcəklər. Həmçinin ACP-nin 2008-ci seçkilərində iştirakı, R. Quliyevin Azərbaycana qayıdış məsələləri də müzakirə olunacaq. Müzakirələr nəticəsində qəbul edilmiş qərarların partiyanın Ali Məclisinin növbəti iclasında müzakirəsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR