Bank Of Baku

Sülhəddin Əkbər: “Hakimiyyət dialoqda maraqlı deyil”

Sülhəddin Əkbər: “Hakimiyyət dialoqda maraqlı deyil”
# 09 oktyabr 2007 09:22 (UTC +04:00)
“İndiki mərhələdə hakimiyyətin müxalifət partiyaları ilə dialoqa başlayıb hər hansı məsələdə konstruktiv mövqe nümayiş etdirəcəyini gözləmirəm. Avropa Şurası tərəfindən təşkil olunmuş görüşə hakim partiya və ona yaxın siyasi qurumların gəlməməsi bir daha onu göstərir ki, hakimiyyət dialoqda maraqlı deyil”. Bunu APA-ya açıqlamasında Müsavat Məclisinin sədri Sülhəddin Əkbər deyib. Təmsil etdiyi partiyanın ölkədəki problemləri dialoq yolu ilə həll etməkdə maraqlı olduğunu deyən S. Əkbər Müsavat rəhbərliyinin bu təkliflə çıxış etdiyini də xatırladıb. Buna baxmayaraq, o hesab edir ki, hakimiyyət müxalifətlə dialoqa gəlməyi sanki özünün zəifliyi kimi qiymətləndirir: “Bu baxımdan dialoq məsələsinə prinsipial yanaşırlar. Digər tərəfdən, dialoqun baş tutacağı halda hakimiyyətin arqumentləri zəif olduğundan müxalifətin haqlı çıxacağı əvvəldən bəllidir. Müxalifətlə beynəlxalq aləmin mövqeyinin üst-üstə düşməsi hakimiyyəti narahat edir. Ona görə də noyabrın 9-da planlaşdırılan görüşdə də hakimiyyətin konstruktiv mövqe tutacağını gözləmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR