Bank Of Baku

Qobustan və Ağsu rayonlarında Azərbaycan Kommunist Partiyasının təsis konfransı keçirilib

Qobustan və Ağsu rayonlarında Azərbaycan Kommunist Partiyasının təsis konfransı keçirilib
# 09 oktyabr 2007 09:42 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) Qobustan və Ağsu rayonlarında təsis konfransı keçirilib. AKP Təşkilat Komitəsinin sədri Rauf Qurbanov APA-ya bildirib ki, oktyabrın 1-dən 6-na kimi ölkənin 16 rayonunda olub. Rayon partiya komitələrinin sədrləri və təşkilat üzvləri ilə görüşdüyünü deyən R. Qurbanov belə tədbirlərin mütəmadi keçiriləcəyini söyləyib: “Bu tədbirlərin məqsədi Rüstəm Şahsuvarovun rəhbərlik etdiyi qrupun Kommunist Partiyası olmadığını cəmiyyətə çatdırmaqdır. Hesab edirəm ki, oktyabrın 14-də onların keçirəcəyi toplantının qurultay olmadığı mətbuata bəlli olacaq”. O, oktyabrın 10-da Ağcabədi və Tərtər rayon partiya komitələrinin təsis yığıncaqlarının keçiriləcəyini də qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR