Bank Of Baku

İntiqam Babayev: “Gənclərin iştirakı ilə həyata keçiriləcək layihələr GUAM-ın daha da inkişafına öz töhfəsini verəcək”

İntiqam Babayev: “Gənclərin iştirakı ilə həyata keçiriləcək layihələr GUAM-ın daha da inkişafına öz töhfəsini verəcək”
# 09 oktyabr 2007 09:55 (UTC +04:00)
“Azərbaycanda ilk dəfə olaraq “GUAM Dövlətlərinin Gəncləri Günləri” adı altında tədbir keçirilir. Bu günlər çərçivəsində digər üç ölkədən gələn qonaqlarımız var. Bu heyətin tərkibinə həm dövlət qurumunun, həm də ictimai təşkilatların nümayəndələri, eyni zamanda yaradıcı gənclər daxildir. Müvafiq dövlətlərin gənclərlə işləyən qurumların nazir müavinləri, idarə rəisləri, eyni zamanda GUAM Gənclər Forumunun sədri və digər məsul vəzifəli şəxslər Azərbaycana gəlib”. APA-nın məlumatına görə, bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev söyləyib. O bildirib ki, “GUAM Dövlətlərinin Gəncləri Günləri” çərçivəsində Bakı və Qubada bir neçə konsert proqramlarının, yaradıcı gənclərin əsərlərindən ibarət sərgilərin təşkil olunması nəzərdə tutulub: “Bu gün Bakı Dövlət Universitetində həm tələbələrlə görüş keçirilir, həm də dəyirmi masa təşkil olunub. Bu dəyirmi masanın da əsas məqsədi dörd dövlətdə gənclərin vəziyyəti ilə bağlı, gələcək əməkdaşlıq istiqamətlərində birgə layihələrin həyata keçirilməsi barəsində müzakirə aparmaqdır”. GUAM Dövlətlərinin Gənclər Forumunun fəaliyyət göstərdiyini qeyd edən nazir müavini bu qurumun beynəlxalq qeyri-hökumət qurumu və konkret iş planı olduğunu bildirib: “Bu iş planına əsasən Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Konkret tədbirlər planın hələlik cizgiləri var. Amma dəyirmi masa ətrafında gənclər təşkilatlarının iştirakı ilə daha dəqiq, daha maraqlı layihələr əsasında fikir mübadiləsi aparılacaq. GUAM dövlətləri arasında gənc alimlərin iştirakı ilə müxtəlif toplantıların, gənclərin iştirakı ilə müəyyən düşərgələrin təşkil olunması müzakirə olunacaq. Bütün bu tədbirlər gənclərimizin arasında əlaqələrin möhkəmlənməsinə səbəb olacaq və bir beynəlxalq təşkilat olaraq GUAM layihəsinin daha da inkişaf etməsinə öz töhfəsini verəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR