Bank Of Baku

GUAM Gənclər Forumu Ukrayna Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınacaq

GUAM Gənclər Forumu Ukrayna Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınacaq
# 09 oktyabr 2007 10:29 (UTC +04:00)
Yaxın zamanlarda mənzil qərargahı Kiyevdə yerləşən GUAM Gənclər Forumu Ukrayna Ədliyyə Nazirliyində qeydiyyata alınacaq. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib. Məlumata görə, GUAM Gənclər Forumu 23 may 2006-cı il tarixində Kiyev şəhərində Gürcüstanın, Ukraynanın, Azərbaycanın və Moldovanın gənclər təşkilatlarının iştirakı ilə yaradılıb. Gənclər Forumunu hər ölkədən iki gənclər təşkilatı, o cümlədən Azərbaycan tərəfdən Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Könüllülər İctimai Birliyi təsis edib. GUAM Gənclər Forumunun yaradılması ilə bağlı hər 4 ölkənin gənclərlə işləyən dövlət orqanlarının və gənclər təşkilatlarının iştirakı ilə bu günə kimi müxtəlif sammitlər keçirilib və bu sammitlərdə GUAM Gənclər Forumunun nizamnaməsi, onun idarəetmə strukturu müzakirə olunub. Bakı şəhərində keçirilən GUAM Gənclər Forumunun I Konqresində qurumun nizamnaməsi, 2007-ci il üçün fəaliyyət planı, GUAM ölkələrinin dövlət başçılarına və parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına və Avropa Şurasına müraciətlər qəbul edilib. GUAM Gənclər Forumunun mövcudluğu ölkələr arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirməklə yanaşı, qloballaşan dünyada gənclərin fəaliyyətinin artırılması, qərarların qəbulu prosesinə gənclərin yaxından cəlb olunması, gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi baxımdan mühüm əhəmiyyət daşıyır. Hazırda foruma Ukrayna təmsilçisi Viktor Belov sədrlik edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR