Bank Of Baku

“Azadlıq” blokunun seçkidə iştirak edib-etməyəcəyi seçki islahatlarının nəticələrindən asılı olacaq

“Azadlıq” blokunun seçkidə iştirak edib-etməyəcəyi seçki islahatlarının nəticələrindən asılı olacaq
# 09 oktyabr 2007 10:59 (UTC +04:00)
““Azadlıq” bloku prezident seçkiləri ilə bağlı atılacaq addımlar üçün vaxt ölçüsü seçməyib. Blok sadəcə, həyata keçiriləcək tədbirlərin ardıcıllığını müəyyənləşdirib”. Bunu APA-ya açıqlamasında blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. O bildirib ki, blok birinci mərhələdə seçki islahatlarının həyata keçirilməsinə çalışır. Q. Əlibəyli seçki qanununa dəyişikliklə bağlı layihə hazırlayıb beynəlxalq təşkilatlara təqdim etdiklərini xatırladıb: “Biz həyata keçiriləcək addımların ardıcıllığını seçki islahatları, seçkidə iştirak və vahid namizədin müəyyənləşməsi kimi planlaşdırmışıq. Bu gün hələ seçki islahatları ilə bağlı mərhələdəyik. Bizim seçkidə iştirak edib-etməyəcəyimiz bu mərhələnin nəticələrindən asılı olacaq. Konkret məsələlər də həmin vaxt müzakirə ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR