Bank Of Baku

Sərdar Cəlaloğlu: “Kiminsə indidən özünü vahid namizəd elan etməsi uğurlu variant deyil”

Sərdar Cəlaloğlu: “Kiminsə indidən özünü vahid namizəd elan etməsi uğurlu variant deyil”
# 09 oktyabr 2007 11:01 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyasında prezident seçkiləri ilə bağlı hələlik heç bir müzakirə aparılmayıb. Partiya Ali Məclisinin sədri Vaqif Şirinovun İsa Qəmbərin vahid namizədliyi ilə bağlı söylədikləri onun şəxsi fikirləridir”. Bu sözləri APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, Ali Məclis sədrinin mətbuatda səsləndirdiyi fikirlər onun Müsavat başqanına şəxsi münasibətindən irəli gəlir: “İndiki halda namizəd məsələsini qabartmağa heç bir ehtiyac yoxdur. Əsas məsələ ölkədə demokratik şəraitin yaradılmasıdır. Bu şəriat yaranandan sonra siyasi situasiya hansı şəxslərlə seçkiyə getməyi diktə edəcəksə, buna uyğun qərar qəbul olunacaq. Mən indidən bu barədə müzakirələrin əleyhinəyəm. Kiminsə indidən özünü vahid namizəd elan etməsi uğurlu variant deyil. Bu, vahid namizəd məsələsinin qarşısını alan bir hal olardı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR