Bank Of Baku

Hacıağa Nuri: “Nardaranı İranın maraqlarına xidmət etməkdə günahlandıranlar ABŞ-a, İsrailə və beynəlxalq sionizmə xidmət edirlər”

Hacıağa Nuri: “Nardaranı İranın maraqlarına xidmət etməkdə günahlandıranlar ABŞ-a, İsrailə və beynəlxalq sionizmə xidmət edirlər”
# 09 oktyabr 2007 11:35 (UTC +04:00)
“Nardaran kəndini İran dövlətinin maraqlarına xidmət etməkdə ittiham edənlər ABŞ-a, İsrailə və beynəlxalq sionizmə xidmət edir. Nardaranda heç vaxt Azərbaycan dövlətinin maraqlarının əleyhinə fikir söylənməyib”. Bu sözləri Azərbaycan İslam Partiyasının (AİP) keçmiş sədri, Nardaran kənd ağsaqqalı Hacı Hacıağa Nuri APA-ya açıqlamasında deyib. O, ABŞ, İsrail və sionizmə xidmət edən bütün beynəlxalq təşkilatların Qarabağ probleminə də ikili standartlarla yanaşdığını vurğulayıb. H. Nurinin sözlərinə görə, Nardaranı ittiham obyekti seçən siyasi qurumlar məhz, ölkənin əsas probleminə ikili standartlarla yanaşan həmin dövlətlərin əmrlərini yerinə yetirirlər: “Həmin partiyalar fəaliyyətləri dövründə fəlakətdən və milli mənəvi dəyərlərin tapdanmasından başqa heç bir iş görməyiblər. ABŞ və İsrail səfirliyinin tapşırıqlarını yerinə yetirən bu qurumlar üçün Nardaran həmişə narahatlıq mənbəyidir. Bunlar gündəmdən gedən partiyalardır. Nardaranlılar isə bunları oxunmuş bayatı hesab edirlər. Bu ittihamların heç bir məntiqi və hüquqi əsası yoxdur”.
H. Nuri Azərbaycanın rəsmi dairələrinin İranla sıx münasibətləri olduğunu da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR