Bank Of Baku

Əkrəm Əylisli: “Ziyalıların Dağlıq Qarabağa səfərinin tərəfdarıyam”

Əkrəm Əylisli: “Ziyalıların Dağlıq Qarabağa səfərinin tərəfdarıyam”
# 09 oktyabr 2007 13:16 (UTC +04:00)
“Azərbaycan ziyalılarının Dağlıq Qarabağa səfərinin tərəfdarıyam”. APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı, yazıçı Əkrəm Əylisli jurnalistlərə açıqlamasında deyib O bildirib ki, təklif olunarsa, səfərdə iştirak edə bilər. Ə. Əylisli gec-tez xalqlar arasında sülh yaranacağına inandığını söyləyib: “Demokratiya varsa, hər kəs istədiyi yerə gedə bilər. İnsanların bu hüququ tanınmalıdır. Mən sülh tərəfdarıyam. Vaxtilə Ermənistanda Qrant Mativosyan adlı yazıçı ilə dost olmuşam. O, Azərbaycanı sevirdi. Hazırda isə həmin adam həyatda yoxdur”. Ə. Əylislinin fikrincə, siyasət kompromis deməkdir: “Əvvəl-axır kompromis tapılmalı və problem həll olunmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR