Bank Of Baku

Sergey Lavrov Tehran sammitində Xəzərin statusuna dair bütün məsələlərin razılaşdırılması istiqamətində uğurlu addımlar atılacağını düşünür

Sergey Lavrov Tehran sammitində Xəzərin statusuna dair bütün məsələlərin razılaşdırılması istiqamətində uğurlu addımlar atılacağını düşünür
# 09 oktyabr 2007 13:39 (UTC +04:00)
Xəzəryanı ölkələrin dövlət başçılarının Tehran sammitində Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinə dair bəyannamə müzakirə olunacaq. APA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu bəyannamənin imzalanmasını Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlərin tənzimlənməsi istiqamətində uğurlu addım kimi dəyərləndirib. XİN başçısının sözlərinə görə, sammitdə Xəzərin statusuna dair indiyə kimi razılaşdırılmayan məsələlərin də müzakirəsi nəzərdə tutulur: “Biz hesab edirik ki, prezidentlər fikir mübadiləsi apararaq status məsələsində razılaşdırılmayan məsələlərlə bağlı ortaq məxrəcə gələ biləcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR