Bank Of Baku

Azərbaycanla İsveçrə arasında müntəzəm hava əlaqələrinə dair saziş imzalanıb

Azərbaycanla İsveçrə arasında müntəzəm hava əlaqələrinə dair saziş imzalanıb
# 09 oktyabr 2007 14:12 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Federal Şurasının üzvü, Federal Ətraf mühit, Enerji və Rabitə departamentinin rəhbəri Moris Loyenberqerin başçılıq etdiyi İsveçrə nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir Elmar Məmmədyarov qonaqları səmimi salamlayaraq, son illər ərzində ikitərəfli əlaqələrin əhəmiyyətli dərəcədə yüksəldiyini və bu sahədə diplomatik nümayəndəliklərin xüsusi rolunu vurğulayıb, iki ölkə arasında birbaşa hava rabitəsinin bərpa olunmasının zəruriliyini qeyd edib. Ölkəmizə səfərində məqsədinin Azərbaycan qazının Avropaya ötürülməsi imkanlarını öyrənmək olduğunu qeyd edən qonaq, İsveçrənin də qaz idxalı üzrə layihələrdə maraqlı olduğunu bildirib. Daha sonra o, İsveçrənin enerji bazarı, alternativ enerji mənbələrindən istifadə təcrübəsi, bərpa olunan enerjinin faydalılığı haqqında məlumat verib. Nazir Elmar Məmmədyarov Azərbaycan qazının Mərkəzi Avropa və Baltikyanı ölkələrə idxalı üçün geniş imkanlar açıldığını qeyd edərək, sabah Vilnüsdə keçiriləcək enerji sammitini, Nabucco layihəsini xatırladıb, bu imkanların gerçəkləşməsinin həm siyasi, həm də iqtisadi əhəmiyyətini vurğulayıb. Nazir həmçinin Azərbaycanın da alternativ enerji mənbələrində maraqlı olduğunu, ölkəmizdə külək və günəş enerjisindən yararlanmaq üzrə araşdırmaların aparıldığını bildirib. O, Ermənistan-Azərbaycan münaqişəsi barədə qonaqlara məlumat verərək, Dağlıq Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyətin verilməsinin mümkünlüyünü nəzərə çatdırıb. Görüşün sonunda Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında müntəzəm hava əlaqələrinə dair saziş imzalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR