Bank Of Baku

“Azadlıq” bloku Azərbaycandakı siyasi vəziyyətlə bağlı konfrans keçirəcək

“Azadlıq” bloku Azərbaycandakı siyasi vəziyyətlə bağlı konfrans keçirəcək
# 09 oktyabr 2007 14:27 (UTC +04:00)
Gələn həftə “Azadlıq” blokunun təşkilatçılığı ilə prezident seçkiləri mövzusuna həsr olunmuş konfrans keçiriləcək. Blokun üzvü olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, konfransda müxalifət partiyalarının, QHT-lərin və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulub. Əsas müzakirə mövzusu 2008-ci ildə keçiriləcək prezident seçkilərinə bir il qalmış Azərbaycandakı ictimai-siyasi vəziyyət olacaq. Hazırda blokun işçi qrupu toplantıda qəbul olunacaq sənədlərin layihəsini hazırlayır. Ə. Əliyev hazırkı şəraitdə demokratik seçkilər keçirməyin mümkün olmadığını bildirib və buna görə də müxalifətin bir sıra məsələlərlə bağlı birgə addımlar atmasını vacib sayıb: “Əgər iştirakçılar vahid mövqedən çıxış etsələr, ölkədəki real vəziyyətlə bağlı ümumi sənəd hazırlanıb dövlət qurumlarına və beynəlxalq təşkilatlara təqdim olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR