Bank Of Baku

“Altılıq” fəaliyyətini rəsmiləşdirməyəcək

“Altılıq” fəaliyyətini rəsmiləşdirməyəcək
# 09 oktyabr 2007 14:31 (UTC +04:00)
“Altı müxalifət təşkilatının birgə fəaliyyəti yalnız məşvərət xarakterli iclaslar keçirməklə davam edəcək. Biz hər hansı rəsmi siyasi qurum təsis etmək fikrində deyilik”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, 6 siyasi təşkilatın rəhbəri bu formatı yaradarkən əvvəlcədən belə razılığa gəlib ki, hər hansı qurumun təsis olunması, prezident seçkilərində birgə iştirakla bağlı israrlı təkliflər irəli sürülməsin. Hazırkı formatın çox kövrək birlik olduğunu vurğulayan S. Cəlaloğlu hesab edir ki, seçki blokunun yaradılması, vahid namizədin müəyyənləşdirilməsi kimi təkliflər bu birliyi parçalaya bilər: “Buna görə də biz hələlik seçkilərlə bağlı heç bir müzakirə aparmırıq. Bununla bağlı yeganə müzakirə mövzusu seçki islahatlarının həyata keçirilməsidir. Qurumun rəsmiləşməsi nəzərdə tutulmur. Çünki prezident seçkiləri öncəsi ayrı-ayrı seçki blokları yaranacaq. Buradakı partiyaların hər biri başqa bloklarda təmsil oluna, bu zaman da yaranan birlik parçalana bilər. Bu baxımdan biz formatı rəsmiləşdirməyə ehtiyac görmürük”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR