Bank Of Baku

Mahmud Məmmədquliyev islama qarşı diskriminasiya probleminə həsr olunmuş konfransda çıxış edib

Mahmud Məmmədquliyev islama qarşı diskriminasiya probleminə həsr olunmuş konfransda çıxış edib
# 09 oktyabr 2007 15:11 (UTC +04:00)
Bu gün İspaniyanın Kordova şəhərində islama qarşı diskriminasiya probleminə həsr olunmuş iki günlük konfrans başlayıb. Azərbaycanın İspaniyadakı səfirliyinin müşaviri Cavid Kazımovun APA-ya verdiyi məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu gün konfransda məruzə ilə çıxış edib. M. Məmmədquliyev bildirib ki, dünyada islama münasibətdə dözümsüzlük halları çox ciddi problemdir və buna qarşı mübarizə aparılmalıdır. O, Azərbaycanda dini dözümsüzlüyə qarşı aparılan uğurlu mübarizəyə dair ayrı-ayrı misallar çəkib. Daha sonra digər ölkə nümayəndələrinin çıxışları başlayıb. Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəal iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR