Bank Of Baku

Əli Əliyev: “İndiki məqamda bizim qarşımızda duran yeganə vəzifə seçki qanunvericiliyinin dəyişməsidir”

Əli Əliyev: “İndiki məqamda bizim qarşımızda duran yeganə vəzifə seçki qanunvericiliyinin dəyişməsidir”
# 09 oktyabr 2007 15:51 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) Ali Məclisinin oktyabrın sonuna təyin olunmuş yığıncağında növbəti prezident seçkiləri ilə bağlı müzakirələr aparılacaq. Partiyanın sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, hazırda mərkəzi aparat Məclisin toplantısının gündəliyini hazırlayır. O, Məclisdə ölkədəki ictimai-siyasi vəziyyət, rayon təşkilatlarının rəsmiləşdirilməsi, partiyanın mərkəzi aparatı və yerli təşkilatlarının qərargahla təmin olunması ilə bağlı müzakirələr aparılacağını deyib. Ə. Əliyev 2008-ci il prezident seçkiləri mövzusunda yekun qərar qəbul etmək niyyətində olmadıqlarını da söyləyib: “Çünki biz “Azadlıq” blokunda fəaliyyət göstərən partiya olaraq ayrılıqda hər hansı qərar qəbul etməyəcəyik. Digər partiyaların seçkilərlə bağlı qərar qəbul etməyə hazırlaşmasına baxmayaraq, indiki məqamda bizim qarşımızda dayanan yeganə vəzifə seçki qanunvericiliyinin dəyişməsidir. Buna nail olsaq, seçkilərlə bağlı birgə qərar da qəbul edə biləcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR