Bank Of Baku

Mehriban Əliyeva Moskvada keçirilən “BibliObraz 2007” festivalının açılışında çıxış edib

Mehriban Əliyeva Moskvada keçirilən “BibliObraz 2007” festivalının açılışında çıxış edib
# 09 oktyabr 2007 16:09 (UTC +04:00)
Azərbaycanın birinci xanımı festivalın açılışında nitq söyləyib. Festival çərçivəsində Azərbaycan nümayəndə heyəti ayrı-ayrı tədbirlərə qatılacaq. Bu festival üçün Heydər Əliyev Fondu Azərbaycan klassikləri Nizami, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, Səməd Vurğun və Mir Cəlalın rus dilinə tərcümə olunmuş əsərlərini yenidən, yüksək poliqrafik səviyyədə nəşr etdirib, milli mədəniyyətimizə aid DVD və SD-lər hazırlayıb. Fondun yeniyetmə auditoriya üçün nəşr etdirdiyi topluya Azərbaycan yazıçısı Kamal Abdullanın “Tarixsiz gündəlik”, rus yazıçısı Tamara Kryukovanın “Kostya+Nika” və bolqar yazıçısı Georgi Mişevin “Atalı-analı yetim” əsərləri daxil edilib. Toplunun təqdimatından sonra Kremldə iştirakçı dövlətlərin birinci xanımlarının yeniyetmələrin inkişaf tendensiyaları ilə bağlı dəyirmi masa ətrafında müzakirəsi, ertəsi günü “Yeniyetmə və müasir cəmiyyət: hüquq və məsuliyyət” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub. Festival günlərində Azərbaycan rəssamları Nüsrət Hacıyev və Elmira Abbaslının iştirakı ilə uşaq kitablarına illüstrasiyalar və məktəb teatrları üçün kuklaların hazırlanması üzrə ustad dərsləri keçiriləcək. “Dost” qısametrajlı filminin nümayişi və filmin rejissoru Lalə Axundova ilə görüş də planlaşdırılıb. “Kitab teatrı” studiyasında tamaşaçıların interaktiv iştirakı ilə Azərbaycan folklorunun parlaq nümunəsi olan “Məlikməmməd” nağılının fraqmentləri əsasında pantomim teatrının təqdimatı olacaq. Yazıçı Çingiz Abdullayevin yuxarı sinif şagirdləri, müəllim və kitabxanaçılarla görüşü də nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR