Bank Of Baku

Bu gün Litvada energetika forumu başlayır

Bu gün Litvada energetika forumu başlayır
# 10 oktyabr 2007 08:30 (UTC +04:00)
Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin “Regionun enerji baxımından inkişafında GUAM ölkələrinin rolu” mövzusunda çıxışı nəzərdə tutulub. Forum çərçivəsində energetika sahəsində regional əməkdaşlığa həsr olunmuş dəyirmi masa keçiriləcək. Dəyirmi masada Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Litva prezidenti Valdas Adamkus, Polşa prezidenti Lex Kaçinski, Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Savat Mınbayev iştirak edəcək. Dəyirmi masadan sonra Azərbaycan, Ukrayna, Litva və Polşa prezidentləri energetika sahəsində əməkdaşlığa dair saziş imzalayacaqlar. Bundan başqa birgə layihələrin həyata keçirilməsi ilə məşğul olan qurumun yaradılmasına dair də dövlətlərarası sazişin imzalanması nəzərdə tutulur. Dövlət başçıları birgə mətbuat konfransı keçirəcək, daha sonra isə onların iştirakı ilə dəyirmi masa işini davam etdirəcək. Axşam isə Litva prezidenti Valdas Adamkus dövlət başçılarının şərəfinə ziyafət verəcək. Ziyafətdə bir sıra rəsmi çıxışların, o cümlədən Avropa İttifaqının energetika komissarı Andris Piebalqsın və Azərbaycan prezidenti İlham Əliyevin çıxışları nəzərdə tutulub. Bundan başqa bu gün Vilnüsdə Litva Xarici İşlər Nazirliyi, Litva Strateji Tədqiqatlar Mərkəzi və Hudzon İnstitutunun birgə təşkilatçılığı ilə energetika sahəsində nüfuzlu ekspertlərin və energetika müəssisələri nümayəndələrinin forumu keçiriləcək. Forumun əsas müzakirə mövzusu “Enerji təhlükəsizliyi: daşımalar, tələbat və müxtəliflilik”dir. Foruma Avropa İttifaqı, ABŞ, Rusiya, Ukrayna, Mərkəzi Asiya, Qara dəniz və Xəzər dənizi regionunun aparıcı enerji şirkətlərinin nümayəndələri, xarici ölkələrin səfirləri, energetika sahəsində ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaqlar. İştirakçılar enerji siyasəti, yeni çağırışlar, Avropa İttifaqı, Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionunda qarşılıqlı əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparacaqlar. Forumda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Metyu Brayzanın “Avrasiyanın enerji təhlükəsizliyi: geosiyasət və qaz nəqlinin müxtəlifliyi” mövzusunda çıxışı nəzərdə tutulur. Tədbirdə həmçinin Avropa Energetika və Nəqliyyat Komissiyasının Baş Direktorluğunun enerji siyasəti və daşımaların təhlükəsizliyi departamentinin rəhbəri Jan-Arnold Vinua, “Keçid dövründə demokratiya” layihəsinin sədri, ABŞ Xarici İşlər Şurasının üzvü Bryus Cekson, Hudzon İnstitutunun baş elmi işçisi, Avrasiya siyasəti Mərkəzinin direktoru Zeyno Baran və digər nüfuzlu ekspertlər də çıxış edəcəklər. Forumun yekunu olaraq mətbuat konfransı keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR