Bank Of Baku

Ann Dersi: “ABŞ administrasiyası erməni soyqırımı layihəsinin qəbul olunmasının əleyhinədir”

Ann Dersi: “ABŞ administrasiyası erməni soyqırımı layihəsinin qəbul olunmasının əleyhinədir”
# 10 oktyabr 2007 09:46 (UTC +04:00)
“Bir daha bəyan etmək istəyirəm ki, ABŞ administrasiyası Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılan erməni soyqırımı layihəsinin qəbul olunmasının əleyhinədir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. Səfir bildirib ki, həm ABŞ dövlət katibi Kondoliza Rays, həm də 8 sabiq dövlət katibi bu layihənin qəbulunun proseslərə mənfi təsir göstərə biləcəyini açıq məktubla bəyan ediblər: “ABŞ hökuməti bəsit şəkildə Konqresə izah etmək istəyir ki, biz bu qətnamənin qəbulunun əleyhinəyik. Amerika administrasiyası hesab edir ki, bu cür məsələlər tarixçilər tərəfindən və açıq dialoq yolu ilə çözülə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR