Bank Of Baku

Yaponiya-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası gələn il keçiriləcək

Yaponiya-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası gələn il keçiriləcək
# 10 oktyabr 2007 10:28 (UTC +04:00)
Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq üzərə hökumətlərarası komissiyasının növbəti iclası gələn ilin fevral-mart aylarında Tokioda (Yaponiya) keçiriləcək. Bu barədə “APA-Economics”ə Azərbaycanın Yaponiyadakı səfirliyindən əlumat verilib.
Yaponiyada yeni baş nazirin seçilməsi və yeni hökumətin formalaşması prosesləri ilə bağlı komissiyanın iclasının müddəti bir qədər təxirə salınıb. Komissiyanın iclası ilə paralel Yaponiyada ikitərəfli biznes-forumun da keçirilməsi planlaşdırılır.
Tədbirlərin keçirilməsi ilə bağlı məsələlər gələn ilin əvvəlində iki ölkə arasında Xarici İşlər nazirlikləri səviyyəsində aparılacaq məsləhətləşmələr zamanı müzakirə olunacaq.
Xatırladaq ki, Yaponiya-Azərbaycan hökumətlərarası komissiyasının dördüncü iclası 22 noyabr 2006-cı il tarixində Bakıda keçirilib. Azərbaycan tərəfindən komissiyaya baş nazirin müavini Abid Şərifov həmsədrlik edir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR