Bank Of Baku

ABŞ generalı: “Azərbaycandakı Qəbələ RLS-in Avropada quraşdırmaq istədiyimiz kompleksin alternativi olacağını düşünmürük”

ABŞ generalı: “Azərbaycandakı Qəbələ RLS-in Avropada quraşdırmaq istədiyimiz kompleksin alternativi olacağını düşünmürük”
# 10 oktyabr 2007 10:28 (UTC +04:00)
APA-nın məlumatına görə, ABŞ Raket Hücumundan Müdafiə Agentliyinin rəhbəri, general-leytenant Henri Oberlinq bu fikirləri “Space News” həftəliyinə müsahibəsində deyib: “Mən danışıqlar prosesinə mane olacaq heç bir əngəl görmürəm. Tərəflər öz iradələri ilə danışıqlar aparır və əminəm ki, biz razılaşmaya nail olacağıq”. Pentaqonun planlarına əsasən, Çexiya ərazisində raketlərin hücumunu izləyəcək radar, Polşada isə düşmən raketlərini zərərsizləşdirəcək 10 raket əleyhinə müdafiə kompleksi quraşdırılacaq. Bu işə ümumilikdə 3,5 milyard dollar vəsait sərf olunması nəzərdə tutulur. Amerikalılar Polşada raket şaxtalarının tikintisinə 2008-ci ilin əvvəllərində başlamaq niyyətindədir, tikinti işi ümumilikdə 2013-cü ildə yekunlaşacaq. Praqa yaxınlığındakı radar sisteminin isə 2011-ci ilə kimi istifadəyə verilməsi planlaşdırılır. ABŞ Çexiyada əvvəllər Marşall adalarında istifadə etdiyi kompleksi quraşdırmaq niyyətindədir. Henri Oberlinq Rusiyanın Qəbələ radiolokasiya stansiyasından birgə istifadə təklifinə də münasibət bildirib: “Biz bu təklifə son dərəcə ciddiliklə yanaşırıq. Lakin hesab etmirik ki, Qəbələ RLS Polşa və Çexiyada quraşdırmaq istədiyimiz kompleksin alternativi ola bilər. Fikrimizcə, Qəbələdəki radarın Avropadakı obyektlərin əlavə elementi kimi istifadəsi çox maraqlı variantlardan biridir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR