Bank Of Baku

Mübariz Əhmədoğlu: “Azərbaycanın bəzi mətbuat orqanları regional media qurumlarına çevrilir”

Mübariz Əhmədoğlu: “Azərbaycanın bəzi mətbuat orqanları regional media qurumlarına çevrilir”
# 10 oktyabr 2007 11:45 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu sentyabrda beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Əhmədoğlu bildirib ki, İranın nüvə texnologiyaları ətrafında yaranan vəziyyət beynəlxalq ictimaiyyəti gərginlikdə saxlamaqda davam edir. ABŞ İrana qarşı müharibə planından əl çəkməsə də, diplomatiyasını “dişli diplomatiya”ya çevirib. Qərb bankları İranla “müharibə”yə başlasa da, Rusiya İranı açıq-aşkar müdafiə etməkdə davam edir. Mərkəzi Asiya regionundakı vəziyyətə toxunan M. Əhmədoğlu bu bölgə dövlətləri arasında əlaqələrin intensivləşdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu amil Mərkəzi Asiyanın dərin inteqrasiyasına gətirib çıxara bilər. M. Əhmədoğlu Mərkəzi Asiyada Çin amilinin günü-gündən gücləndiyi və ABŞ-ın bölgəyə girmək şansının azaldığını söyləyib. Azərbaycanın dünyada gedən proseslərdə adının hallandığını və nüfuzunun artdığını deyən M. Əhmədoğlunun fikrincə, artıq Azərbaycanın bəzi mətbuat orqanları regional media qurumlarına çevrilməkdədir. O, bu sırada APA İnformasiya Agentliyinin də olduğunu qeyd edib. Ermənistandakı son proseslərə diqqəti yönəldən politoloq bu ölkənin ciddi siyasi çaxnaşma qarşısında olduğunu da söyləyib: “Levon Ter-Petrosyanın prezidentliyə namizəd olması Ermənistanda hakimiyyət olan Qarabağ klanını və Rusiyanı çox narahat edir. Çünki Rusiya Qarabağ klanından istifadə edərək, Ermənistanı hissə-hissə öz quberniyasına çevirməkdədir. Bu gün Ermənistan Rusiya üçün Kalininqrad kimi anklav bir əraziyə çevrilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR