Bank Of Baku

TESEV başkanı Can Peker: “Türkiyə-Ermənistan münasibətlərində Azərbaycan faktoru çox önəmlidir”

TESEV başkanı Can Peker: “Türkiyə-Ermənistan münasibətlərində Azərbaycan faktoru çox önəmlidir”
# 10 oktyabr 2007 12:52 (UTC +04:00)
“Türkiyə ilə ABŞ arasında ciddi bir müttəfiqlik münasibətləri var. Soyqırımı haqqında qanun layihəsinin qəbul olunmamağı Türkiyə üçün çox önəmlidir”. Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna Türkiyə İqtisadi və Sosial Etüdlər Fondunun (TESEV) rəhbəri Can Peker verib. O, qanun layihəsi qəbul olunacağı təqdirdə Türkiyənin ata biləcəyi addımlarla bağlı proqnoz verməyin çətin olduğunu vurğulayıb: “Türkiyə səlahiyyətli nümayəndələrinin ABŞ rəsmi dairələri ilə müzakirələr apardığı nəzərdən qaçırılmamalıdır. Mən Türkiyə və ABŞ-ın ortaq məxrəcə gələcəyini düşünürəm. Konqresdə qəbul olunacaq qərar Türkiyə-ABŞ münasibətlərinə zərbə vura bilər, amma iki ölkə arasında münasibətlər davam edəcək”. TESEV rəhbəri Konqresin qərarının Türkiyə-Ermənistan münasibətlərinə təsirini də dəyərləndirib: “Burada Azərbaycan faktoru önəmlidir. Əgər Ermənistan-Azərbaycan münasibətləri bir az normallaşsa, Türkiyə də lazımi addımları atar”. APA müxbirinin “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməməsi halında bu münasibətlər necə normallaşa bilər?” sualına Can Peker belə cavablandırıb: “Torpaqları boşaltmasa belə, Azərbaycanla Ermənistan bir-birinə güzəştə getsələr, Türkiyə də, heç olmasa, sərhədi açar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR