Bank Of Baku

Göyçay sakinini döyən və hədələyərək pul alan şəxslər tutulub

Göyçay sakinini döyən və hədələyərək pul alan şəxslər tutulub
# 10 oktyabr 2007 13:46 (UTC +04:00)
Oktyabrın 5-də Göyçayda 4 naməlum şəxs rayon sakini Anar Adıgözəlovu döyüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Göyçay RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Adıgözəlovu döymüş rayon sakinləri Əhməd Rüstəmov, Elçin Məmmədov, Xələf Kərimov, İkinci Ərəb kənd sakinləri Rövşən Babayev və Saday Əhmədov saxlanılıb. Onların ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində adı çəkilən şəxslərin cari ilin avqustun 5-də A. Adıgözəlovu Ağdaş rayonuna aparması, orada onu hədələyərək 200 dollar alması, habelə oktyabrın 8-də əlavə 800 dollar pul tələb etməsi müəyyən edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR