Bank Of Baku

Vilnüsdə GUAM Dövlət Başçıları Şurasının iclası keçirilir

Vilnüsdə GUAM Dövlət Başçıları Şurasının iclası keçirilir
# 10 oktyabr 2007 14:45 (UTC +04:00)
Onun sözlərinə görə, iclasda Azərbaycan, Gürcüstan və Ukrayna dövlət başçıları ilə yanaşı Litva prezidenti Valdas Adamkus da iştirak edir. Prezidentlər qurumun fəaliyyəti dövründə görülən işlərlə əlaqədar hesabat çıxışları edəcək və təşkilatın inkişafı modelləri barədə fikir mübadiləsi aparacaqlar. GUAM Dövlət Başçıları Şurasının iclası ilə paralel olaraq Vilnüsdə energetika sahəsində regional əməkdaşlığa dair forum öz işinə başlayıb. Toplantı Azərbaycan, Gürcüstan, Ukrayna, Litva, Latviya, Polşa prezidentlərinin, Qazaxıstanın energetika və mineral ehtiyatlar nazirinin iştirakı ilə dəyirmi masa formatında davam etdiriləcək. Dəyirmi masada prezident İlham Əliyev alternativ enerji mənbələrinin təminatı, enerji təhlükəsizliyi, həmçinin enerji daşıyıcıları idxalçı və ixracatçılarının əməkdaşlığı mövzusunda çıxış edəcək. Səfirin sözlərinə görə, bu gün prezident İlham Əliyevin Polşa prezidenti Lex Kaçinski və Litva prezidenti Valdas Adamkusla qeyri-rəsmi görüşləri də nəzərdə tutulub. Bundan başqa bu gün GUAM ölkələri xarici işlər nazirlərinin də görüşü keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR