Bank Of Baku

Azərbaycanın müdafiə naziri: “Təəssüf ki, indiyədək Müstəqil Dövlətlər Birliyi Ermənistanın işğalçı dövlət olduğuna münasibət bildirməyib”

Azərbaycanın müdafiə naziri: “Təəssüf ki, indiyədək Müstəqil Dövlətlər Birliyi Ermənistanın işğalçı dövlət olduğuna münasibət bildirməyib”
# 28 noyabr 2007 09:01 (UTC +04:00)
S. Əbiyev görüşdə Azərbaycanla Rusiyanın bütün sahələrdə əməkdaşlıq etdiyini deyib: “Ümid edirəm ki, bu səfər ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da inkişafına təkan verəcək”. Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi duruma toxunan S. Əbiyev bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bölgədə mürəkkəb və gərgin vəziyyət qalmaqdadır. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələbləri hələ də yerinə yetirilməyib: “Təəssüf ki, indiyədək Müstəqil Dövlətlər Birliyi də Ermənistanın işğalçı dövlət olduğuna münasibət bildirməyib, bu istiqamətdə əməli addım atmayıb”.
Öz növbəsində, A. Serdyukov ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirib. Sonra ikitərəfli hərbi əməkdaşlığın istiqamətləri və hərbi kadrların hazırlanması sahəsində gələcək əməkdaşlıq planları ətrafında maraqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, A.Serdyukov S. Əbiyevin dəvəti ilə noyabrın 27-də Bakıya rəsmi səfərə gəlib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR