Hadı Rəcəbli: “Dünyada ən yaxşı iş deputatlıqdır”
- Bu yaxınlarda 60 yaşınız tamam oldu. Yubileyinizi necə keçirdiniz?
- Heç bir tədbir keçirmədim. Hər cür təmtəraqdan uzaq oldu.
- Niyə?
- Yubileyimdən iki gün əvvəl dövlət başçısı çıxış edib məmurlar və vəzifəli şəxslərin əndazəsini aşmamasını, təmtəraqdan uzaq tədbirlər keçirmələrini tövsiyə etmişdi. Mən də düşündüm ki, 60 illik yubileyimə yalnız yaxın qohum-əqrəbamı dəvət etsəm, 84 nəfərlik məclis düzəlir. On nəfər də yaxın dostumu dəvət etsəm, yüz nəfərlik təmtəraqlı tədbir alınır. Ona görə də 60 yaşımı iki ən yaxın dostum və övladlarımla birgə keçirdim. Nəvəmin biri mənim adımı daşıyır, Rəcəbli Hadı. O, mənə bir şer həsr eləyib, adımı da Xadı səsləndirmişdi. Bu mənim üçün ən böyük sevinc, ləzzət idi. Bəlkə də yubileyimi təmtəraqlı keçirsəydim belə, mənə heç kim irad tutmayacaqdı. Çünki buna haqqım var, amma özüm istəmədim. Mənim həyatım əzab-əziyyətli keçib, 12 yaşımdan paltarımı, dərsliyimi özüm almışam. Hüseynbala Mirələmov mənim sinif yoldaşım olub, bütün bunları bilir. Birinci sinifdən onunla bir partada oturmuşuq, indi də parlamentdə yanaşı əyləşirik.
- Demək ömrünüzü Hüseynbala Mirələmovla bir parta arxasında keçirmisiniz...
- Hə, belə demək olar. 60 illik ömrümün 53 ilini onunla bir parta arxasında keçirmişəm. Ad günümdə iştirak edən iki dostumdan biri də o idi.
- Qeyd etməsəniz belə, ölkədə hamı bildi ki, 60 yaşınız oldu.
- Mən fəhləlikdən öz gücümlə gəlib komsomolun birinci katibi olmuşam. Komsomol katibi seçiləndən altı ay sonra isə əsgərliyə getmişəm. Əsgərlikdə “dembel-molodoy” məsələsi məndən də yan keçməyib. O vaxt alı təhsillilər bir il, təhsili olmayanlar isə iki il xidmət edirdi. İki il xidmət edənlər həmişə az xidmət etməyimizin acığını bizdən çıxırdılar. Komsomolun katibi olduğumu bilən rus çavuşlarından biri gəldi ki, “dur ayağa, komandirin otağının döşəməsini bu gün sən siləcəksən!” Bacardığım kimi yudum, amma yaxşı qurulamamışdım. Gəlib yoxladı, razı qalmadı. Həmin döşəməni mənə üç dəfə yudurtdu. Qapını bağlayıb hönkür-hönkür ağladım. Onu vura bilməzdim, komsomol katibi idim axı. Bir yumruğa bütün gələcəyini, karyeranı itirmək olmazdı. Mən bu yaşıma elə-belə gəlib çıxmamışam. Sözün düzü, qabaqcadan ad günümdə dövlət başçısının məni bu qədər yüksək mükafata layiq görəcəyini də bilmirdim.
- Birdən-birə eşitdiniz ki, sizə “Şöhrət” ordeni veriblər?
- “Şöhrət” ordeni ilə təltif edildiyimi eşidəndə əsl eyforiya yaşadım. Evdə də heç kimi hazırlamamışdım buna. Bununla, dövlət başçısının mənə olan yüksək münasibətini bir daha gördüm. Yeddi il İlham Əliyev parlamentdə mənimlə yanaşı oturub. Burada hansısa yaxşı keyfiyyətimi özü görüb. Heydər Əliyevin mənə göstərdiyi qayğının davamını cənab prezidentdən gördüm.
- 60 yaşınızda “Şöhrət” qazandınız. Amma insanın həyatı töhmətsiz də keçmir...
- Mənə qarşı haqsızlıqlar da çox olub. Məsələn, üzünü tanımadığım mənəviyyatsız biri neçə aydır mənim haqqımda bütün instansiyalara şikayət məktubları yazır. Parlament seçkisindən iki il keçməsinə baxmayaraq, bu allahsız indi çıxıb ortaya deyir ki, bəs Hadı Rəcəblinin seçkisini o keçirib və mənə qarşı fantastik maliyyə iddiaları irəli sürür. Bu mənim qanımı qaraltmaqdan başqa bir şey deyil. Ələkrəm Hümbətov ortaya çıxanda məni ələkrəmə, Fərhad Əliyev ortaya çıxanda fərhada qoşmaq istəyiblər. Amma həqiqət nazilsə də, üzülməyib. Haqqımda üç gün dalbadal qəzetdə yaxşı yazı yazılanda, səhəri gün mütləq bir pis yazı çap olunmalıdır. Yəni, istəsən də, istəməsən də, bu siyasət belədir.
- Siz sosial siyasətlə məşğulsunuz. Bu işin siyasətin başqa sahələrindən fərqi nədir?
- Ən ağır siyasət məhz elə sosial siyasətdir. Sosial siyasət bütün siyasətlərin kulminasiyasıdır. Hakimiyyət uğrunda mübarizə aparanlar adamlara yaxşı yaşayış vəd edirlər. Hakimiyyət qurulduqdan sonra isə sosial siyasət başlayır. Sosial siyasət insan anadan olmamışdan əvvəl başlayır, öləndən sonraya qədər davam edir. Bu gün Azərbaycanda kasıb var, bir milyonadək qaçqın və məcburi köçkün var, torpaqların 20%-i işğal olunub. Belə şəraitdə sosial siyasətlə məşğul olmaq çox çətindir.
- Neçə ildir, deputatsınız?
- Artıq üçüncü çağırışdır ki, komissiya sədriyəm. Bir dəfə isə SSRİ vaxtı deputat olmuşam.
- Sovet parlamenti ilə müstəqil dövlətin Milli Məclisində deputat olmağın fərqi nədir?
- Fərqi çoxdur. O parlamentdə əl qaldırırdın, burada isə danışmaq lazımdı. Orada səni təyin edirdilər, burada seçilirsən. Hətta bizim Milli Məclisin ikinci çağırışı ilə üçüncü çağırışı arasında belə fərq var. Bu gün parlament daha yaxşı işləyir. Milli Məclis Azərbaycan cəmiyyətinin fokslaşdırılmış formasıdır.
- Xanım deputatların fəaliyyətindən razısınız?
- Milli Məclisdə kifayət qədər ləyaqətli və savadlı xanım deputat var. Onların böyük əksəriyyəti əsl Azərbaycan qadınının xarakterini özündə cəmləşdirir.
- Bu sual ona görə yarandı ki, deyəsən, bir dəfə xanım deputatlardan biri ilə insidentiniz olmuşdu...
- Xasiyyətimə bələd olanlar bilir ki, ilanla da yola getməyi bacarıram. Ancaq bu parlamentdə bir neçə dəfə ciddi konflikt yaşamışam. Bir dəfə Rəsul Quliyev parlamentin sədri olanda deputatların biri ilə az qala yumruq davasına qədər çıxmışam. Parlamentdə deputatlardan biri Şeyxülislamın ünvanına böhtan söyləmişdi, dözə bilməyib cavab verdim. Bir dəfə isə Prezident Aparatının çox məsul bir məmuru haqqında ədalətsiz fikirlər səslənən zaman onu müdafiə edəndə konfliktim yarandı. Lənkəranlıların İrana meylli olması ilə bağlı səslənən çıxışa etiraz edəndə də mübahisəm düşüb. Bir dəfə də saymamazlığa, mənəviyyatsızlığa və tərbiyəsizliyə dözməyib səsimi çıxaranda insident yaranıb. Yəni, bu mübahisələrin hər biri haqsızlığa, məsuliyyətsizliyə qarşı çıxmağıma görə yaranıb. Təəssüf ki, belə mübahisələrin iştirakçıları arasında qadınlar da olub.
- Sizcə, bu ömrü elə-belə, həmişə rahat yaşamısınız...
- Bilirsiniz, insanın xoşbəxt yaşaması üçün dörd şərt vacibdir: ləyaqətli dostlar, əməlisaleh övladlar, səni başa düşəcək həyat yoldaşı və özünü rahat hiss etdiyin iş. Şükürlər olsun, Allah mənə bunların hər birini qismət edib. Tez-tez adam bunlar haqqında düşünəndə itirmək qorxusu da yaranır.
- Neçə ildir, vəzifədəsiniz?
- 37 ildir kabinetdə otururam. Mənim üçün ən ağırı iş qaçqınlarla işlədiyim dövr idi. Ən ləzzətli vəzifəm isə komsomolun birinci katibi olub. 23 yaşında altında 16-00 nömrəli “Volqa”sı olan cavan oğlan idim. Bir də dünyada ən yaxşı, ləyaqətli iş deputatlıqdır. Ümumiyyətlə, mən həmişə pilləkənləri iki-iki qalxmışam. Bu həyatda da belə olub, başqa işlərimdə də. Komissiya sədri olmaq isə nökərçilikdən başqa bir şey deyil. Müasir adam olsam da, mənim xarakterimdə konservativ elementlər də var. Məsələn, oğlumu evləndirmişəm, amma onu gözümün qarşısında saxlamışam.
- Vəzifənin pis tərəfi nədir?
- Vəzifə insana məhdudiyyət qoyur. Adam ürəyi istəyən kimi hərəkət edə bilmir. Bu məsələ sovet vaxtında da belə idi. Məsələn, bizim deputatlardan biri restoranda rəqqasəyə pul vermişdi, qəzetlər də bunu çox şişirtdilər. Bax, bu vəzifənin, tanınmağın gətirdiyi məhdudiyyətdir. Axı, başqaları kimi deputatın da ürəyindən əylənmək, istirahət etmək keçə bilər.
- Siz dəfələrlə demisiniz ki, gənclər ailə quranda mütləq sağlamlıq haqqında arayış təqdim etməlidirlər. Öz övladlarınızı evləndirəndə bu qanuna riayət etdiniz?
- Xeyr. Mənim övladlarım bir neçə il əvvəl ailə qurublar. Bu məsələ bu gün qanunda deklorativ xarakter daşıyır.
- Son vaxtlar Yeni Azərbaycan Partiyasının arxa plana keçirilməsi və yeni hakimiyyət partiyasının yaradılacağı barədə məlumatlar dolaşır. Bu nə dərəcədə realdır?
- Yeni Azərbaycan Partiyası Heydər Əliyevin adı ilə bağlıdır. Onun ruhuna hörmət edən hər kəs bu partiyanın qorunub saxlanılmasına çalışmalıdır. Bu ara söhbətləridir, YAP-a alternativ partiya yaradılması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil. Ancaq bizim partiya praqmatikdir. Zaman-zaman bu partiyada təmizləmə işlər aparılıb. Əli İnsanov, Fərhad Əliyev və digərlərinin qismində... YAP doqmatik olsa, yaşaya bilməz. Bizdə nəsillərin vərəsəlik prinsipi qorunur. YAP-da Abbas Mustafayev də, Ziya Paşa və onlarla adını çəkmədiyim şəxs də olub. Bu adamların bəziləri hətta “91-lər”dən sayılırdılar. İndi isə əsasən YAP-da özünü ləyaqətlə aparan adamlar bu gün ortadadır.
- Aldığınız məvacib ehtiyaclarınızı ödəyir?
- Bu, bir az qəliz məsələdir. Demək olar ki, yox. Təkcə bu ay 21 toya getmişəm. Azərbaycan parlamentinə gələn şikayətlərin və qəbula yazılanların yarısı mənim payıma düşür. Yəni problem mənim məşğul olduğum sahə ilə bağlıdır.
- Belə çıxır ki, həyatda hər şeyi qazanmısınız, yalnız Həccə gedib ibadət etmək qalır...
- Məni 1994-cü ildən bəri dəfələrlə Həcc ziyarətinə dəvət ediblər, amma özüm imtina etmişəm. Elə bu il də məni Məkkəyə getməyə dəvət etdilər, razılaşmadım. Çünki özümü hələ hazır saymıram. Həcc ziyarətinə gedən adam gərək bütün dini ritualları yerinə yetirə bilsin. Həccə gedib-gələn insanın spirtli içki qəbul etməsi düzgün deyil. Ümummilli liderimiz Heydər Əliyev Həcc ziyarətinə gedəndə məni də özü ilə aparmışdı. O heyətlə birgə Məkkəyə gedib, hətta Kəbə evinə daxil olmuşam. Amma Kəbə evində əlimi qaldırıb bircə bunu dedim: “İlahi, mən Sənin dərgahına gəlməyə hazır deyiləm, məni bağışla”. /APA/

Daxili siyasət
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb