Bank Of Baku

Qulamhüseyn Əlibəyli: ”Müqavimət hərəkatını “dördlər” formatında yaratmaq lazımdır”

Qulamhüseyn Əlibəyli: ”Müqavimət hərəkatını “dördlər” formatında yaratmaq lazımdır”
# 28 noyabr 2007 11:41 (UTC +04:00)
““Dördlər” formatı aktuallığını itirməyib. ADP, AXCP, ALP və Müsavat Seçki Məcəlləsi ilə bağlı vahid mövqedən çıxış edib və bu əməkdaşlığı inkişaf etdirmək mümkündür”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. O bildirib ki, dörd partiya Seçki Məcəlləsi ilə bağlı birgə bəyanat və təkliflə çıxış etdikdən sonra hər hansı müzakirə aparılmayıb: “Amma hesab edirəm ki, müzakirələr lazımdır. Rəyi, mövqeyi işləyib hazırlamaq olar, amma bu movqenin reallaşması üçün fəaliyyəti əlaqələndirmək lazımdır”. Müsavat Partiyasının müxalifətin müqavimət hərəkatının yaradılması ilə bağlı təklifinə gəldikdə, Q. Əlibəyli bu məsələnin ötən illərdə dəfələrlə gündəmə gəldiyini və başqa-başqa adlar altında geniş formatlı qurumlar yarandığını xatırladıb: “Təcrübə göstərir ki, bu cür geniş formatlı ittifaqların fəaliyyəti qənaətbəxşh olmur. Ona görə də yalnız “dördlər” formatı çərçivəsində müzakirələr aparıb razılığa gəlmək olar. Bu hərəkatı da “dördlər” formatında yaratmaq lazımdır. Mənim fikrimcə, Seçki Məcəlləsi ilə bağlı vahid mövqedən çıxış etmək bu formatın əsasını qoyub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR