Bank Of Baku

Zəminə Dünyamalıyeva: “Açıq Cəmiyyət Partiyasının bu günə qədər olan fəaliyyəti məni qane etməyib”

Zəminə Dünyamalıyeva: “Açıq Cəmiyyət Partiyasının bu günə qədər olan fəaliyyəti məni qane etməyib”
# 28 noyabr 2007 13:04 (UTC +04:00)
“Açıq Cəmiyyət Partiyasının bu günə qədər olan fəaliyyəti məni qane etməyib. Amma gələn aydan partiyanın fəallaşacağını gözləyirəm”. Bu açıqlamanı APA-ya ACP liderinin müşaviri, partiyanın İdarə Heyətinin üzvü Zəminə Dünyamalıyeva verib. Partiyanın aktivləşməsinin vacib olduğunu deyən müşavir müşahidələri nəticəsində ACP-nin gələn aydan aktiv olacağı qənaətinə gəlib. Onun sözlərinə görə, bu vaxta qədər ACP-nin bir sıra çətinlikləri, texniki avadanlıq problemləri olub: “İndi isə partiyanın aktivləşməsi üçün kifayət qədər şərait yaranıb”. ACP-nin müxalifətdaxili ittifaqlarda təmsil olunma ehtimalına gəldikdə, Z. Dünyamalıyeva hazırkı ittifaqlarla ciddi dəyişikliyə nail olmağın mümkün olmadığını düşünür. Onun sözlərinə görə, ACP lideri Rəsul Quliyev partiyaların ümumi birliyinin yaranması, forumlar keçirilməsi ideyasını irəli sürüb ki, bu da qısqanclıqla qarşılandığından belə birlik yaranmayıb: “Rəsul Quliyev istəyir ki, bütün qüvvələr bir olsun və aparılan mübarizə nəticə versin. Belə olan halda mübarizə aparmaq olar. Amma iki-üç partiyanın toplaşması ilə nəyəsə nail olmaq mümkün deyil. Blok bir olmalıdır, bir neçə yox. Bunun özü də parçalanmaq sayılır. Ona görə də biz hesab edirik ki, ümumilikdə cəmiyyət özü birləşməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR