Bank Of Baku

Əli Orucov: “AMİP-in qurultay keçirməsinə zərurət yaranmayıb”

Əli Orucov: “AMİP-in qurultay keçirməsinə zərurət yaranmayıb”
# 28 noyabr 2007 13:04 (UTC +04:00)
“Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 2008-ci ildə qurultay keçirməsi ilə bağlı heç bir qərar yoxdur. Bunun üçün hər hansı zərurət də yaranmayıb”. Bunu APA-ya açıqlamasında AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bildirib. Onun sözlərinə görə, mətbuatda bu barədə gedən məlumatlar yalnız ehtimallardır. Belə ki, hər seçki ərəfəsində AMİP-in qurultayının keçirildiyini deyən Ə. Orucov bu dəfə də qurultayın keçirilməsini istisna etmir. Partiya təmsilçisi AMİP-də böhranın yaranması ilə bağlı məlumatların həqiqətəuyğun olmadığını qeyd edib: “Sadəcə, partiya sədri səhhəti ilə bağlı problemlərə görə mütəmadi olaraq partiya qərargahında ola bilmir. Buna baxmayaraq, o, səlahiyyətlərini icra edir, partiya sədrinə aid olan bütün vəzifələri yerinə yetirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR