Bank Of Baku

Məzahir Pənahov: “Seçki komissiyalarının tərkibinin tam formalaşmaması onların fəaliyyəti üçün heç bir problem yaratmır”

Məzahir Pənahov: “Seçki komissiyalarının tərkibinin tam formalaşmaması onların fəaliyyəti üçün heç bir problem yaratmır”
# 28 noyabr 2007 13:22 (UTC +04:00)
“Seçki komissiyalarının tərkibinin tam formalaşmaması onların fəaliyyəti üçün heç bir problem yaratmır”. Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov verib. O bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə, komissiya üzvlərinin 2/3 hissəsi təyin edilərsə və həmin üzvlər iclaslara qatılarsa, iclaslar səlahiyyətli sayılır. M. Pənahov komissiyaların tərkibinin tam formalaşması məsələsinin onlardan asılı olmadığını bildirib: “Bu, parlamentin səlahiyyətində olan məsələdir. Partiyalar nə zaman öz nümayəndələrini təqdim etsələr, o zaman həm MSK, həm də aşağı seçki komissiyalarının tərkibi tam formalaşdırılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR