Bank Of Baku

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin Dairə Seçki Komissiyasının yeni binasının açılışı olub

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin Dairə Seçki Komissiyasının yeni binasının açılışı olub
# 28 noyabr 2007 14:18 (UTC +04:00)
Bu gün 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin Dairə Seçki Komissiyasının (DSK) yeni binasının açılış mərasimi keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində MSK sədri Məzahir Pənahov, Saatlı rayon İcra Hakimiyyətinin başçısı və seçicilər iştirak edib. M. Pənahov çıxışında DSK-ların iş şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə miqyasında görülən işlər haqqında danışıb. İcra Hakimiyyəti başçısı, DSK sədri və digər şəxslərin çıxışlarından sonra otaqlara baxış keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR