Bank Of Baku

Açıq Cəmiyyət Partiyası indiki vəziyyətdə hər hansı siyasi blokda təmsil olunmağı mümkün saymır

Açıq Cəmiyyət Partiyası indiki vəziyyətdə hər hansı siyasi blokda təmsil olunmağı mümkün saymır
# 28 noyabr 2007 15:04 (UTC +04:00)
Bu gün Açıq Cəmiyyət Partiyası (ACP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ölkədəki ictimai-siyasi durum, müxalifət və bloklararası münasibətlərin mövcud vəziyyətinin reallıqlara uyğunlaşdırılmasında ACP-nin mövqeyi, partiya lideri Rəsul Quliyevin Azərbaycana qayıdışının mümkün variantları müzakirə olunub. Müzakirələr nəticəsində ACP-nin indiki vəziyyətdə hər hansı siyasi blokda təmsil olunması hələlik mümkün hesab edilməyib. Bununla bərabər, partiya müxalifətdaxili münasibətləri və blokların təmərküzləşməsi prosesində fəaliyyəti artırmağı qərara alıb. Dekabrın 15-də partiyanın Ali Məclisinin növbəti sessiyasının keçirilməsinə də qərar verilib. İdarə Heyəti hesab edir ki, R. Quliyevin Azərbaycana qayıdışı əvvəlki prosedurlardan fərqlənməlidir. Partiya rəhbərliyinin fikrincə, ölkədən gedərkən hakimiyyət R. Quliyevi normal yola saldığı kimi, sivil qaydada da qayıtmasına şərait yaratmalıdır. İclasda partiyadaxili məsələlər müzakirə edilib, yerli təşkilatların işinin gücləndirilməsi qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR