Bank Of Baku

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi işə qəbul elan edib

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi işə qəbul elan edib
# 28 noyabr 2007 16:39 (UTC +04:00)
İş elanında vakant yerlərin tədqiqatçı, elmi işlərin təşkili və əlaqələndirilməsi üzrə menecer və elmi tədqiqat qruplarının rəhbəri vəzifələrinin olduğu da qeyd edilib. Müraciət edənlər humanitar və iqtisadiyyat ixtisasları üzrə ali təhsilə malik olmalı, bir və ya bir neçə xarici dili sərbəst bilməli, Microsoft Office internet proqramı ilə tanış olmalı, elmi tədqiqatlar aparmaq qabiliyyəti və təcrübəsinə, analitik düşüncə tərzinə, təşəbbüskarlıq və fəallıq, həmçinin komanda daxilində işləmək bacarığına malik olmalıdırlar.
Mərkəzdə işin məzmunu regional və qlobal proseslərin təhlili, daxili və xarici siyasət məsələlərinin tədqiqi, iqtisadi təhlil, geosiyasi məsələlərin araşdırılması və cəmiyyətin sosiomədəni inkişafının öyrənilməsindən ibarətdir. Sənədlərin qəbulu bu il dekabr ayının 20-dək davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR