Bank Of Baku

“Qərbi Azərbaycanda indiki Ermənistanda azərbaycanlılara qarşı soyqırım siyasəti və erməni vandalizmi” mövzusunda dəyirmi masa keçirib

“Qərbi Azərbaycanda  indiki Ermənistanda azərbaycanlılara qarşı soyqırım siyasəti və erməni vandalizmi” mövzusunda dəyirmi masa keçirib
# 29 noyabr 2007 10:41 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi (AMMKHM) “Qərbi Azərbaycanda indiki Ermənistanda azərbaycanlılara qarşı soyqırım siyasəti və erməni vandalizmi” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, AMMKHM sədri Nadir Abdullayev tədbirdə ermənilərin tarixən Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar və köçürülmələrlə bağlı məlumat verib. Onun sözlərinə görə, bu müddətdə minlərlə günahsız insan qətlə yetirilib, kəndlər yandırılıb. “Qolos Karabaxa” qəzetinin baş redaktoru Qədir Nəsirov dəyirmi masada məruzə ilə çıxış edib. O, ermənilərin Azərbaycanlılara məxsus yer adlarının dəyişdirildiyini, tarixi abidələrin dağıdıldığını, bununla da beynəlxalq konvensiyaları kobud şəkildə pozulduğunu vurğulayıb: “Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanın azərbaycanlılara qarşı soyqrım və müsəlman dəyərlərinə qarşı vandalizm siyasəti ilə bağlı heç bir təsirli tədbir görmürlər”. Tədbirdə QAT Ağsaqqallar Şurasının sədri Asif Məmmədov, tədqiqatçı-publisist Sənubər Sarallı, Milli QHT Forumunun Diaspora Mərkəzinin rəhbəri Rauf Zeyni və digərləri mövzu ətrafında öz fikirlərini bildiriblər. Dəyirmi masanın sonunda beynəlxalq təşkilatlara müraciət qəbul olunub. Müraciətdə aidiyyəti qurumlar erməni vandalizminə qarşı təsirli tədbirlər görməyə çağırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR