Bank Of Baku

Vasili İstratov: “Rusiya Dağlıq Qarabağda hərbi texnika yerləşdirməyib və Ermənistanda ikinci hərbi baza yaratmayacaq”

Vasili İstratov: “Rusiya Dağlıq Qarabağda hərbi texnika yerləşdirməyib və Ermənistanda ikinci hərbi baza yaratmayacaq”
# 29 noyabr 2007 11:05 (UTC +04:00)
Səfir azərbaycanlı zabit və kursantların Rusiya Müdafiə Nazirliyinin istənilən təhsil müəssisəsində təhsil ala biləcəyini söyləyib. Danışıqlar zamanı hərbi-texniki əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu vurğulayan diplomat bu əməkdaşlığa Rusiya hərbi texnikasının alqı-satqısının da daxil olduğunu açıqlayıb. Gürcüstandan çıxarılmış hərbi texnikanın Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı iddialara toxunan V. İstratov S. Əbiyevin rusiyalı həmkarı ilə bu məsələni çox geniş müzakirə etdiyini deyib. Səfir bəyan edib ki, Gürcüstandan çıxarılmış texnika Rusiyanın Ermənistanda yerləşən hərbi bazasına təhvil verilib və Rusiya hərbçilərinin əlindədir: “Rusiya Dağlıq Qarabağda hərbi texnika yerləşdirmir”. Rusiyanın Ermənistan ərazisində ikinci hərbi baza yaratmaq niyyətində olub-olmadığı barədə sualı cavablandıran diplomat bildirib ki, Moskvanın belə planı yoxdur. Dövlət Dumasının deputatı Konstantin Zatulinin Rusiyada uydurma “erməni soyqırımı”nı tanımamağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbul ediləcəyi haqda sözlərinə münasibət bildirən V. İstratov bu bəyanatla tanış olmadığını söyləyib. O, əlavə edib ki, bəzi ölkələrdə Holokostu (yəhudi soyqırımı) tanımamağa görə cinayət məsuliyyəti olsa da, Rusiyada belə bir qanun mövcud deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR