Bank Of Baku

Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək
# 29 noyabr 2007 11:24 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Jurnalistlər Federasiyası prezidentliyə namizəd Fazil Əliyevin seçki qərargahının rəhbəri, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının lideri Daşqın Gülməmmədovun həbsinə etiraz olaraq dekabrın 5-də bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirəcək. APA-nın məlumatına görə, bu barədə federasiyanın rəhbəri Niyazi Hüseynov bildirib. Onun sözlərinə görə, piketlə bağlı bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. Müraciətdə aksiyanın saat 17.00-da keçiriləcəyi və yarım saat davam edəcəyi bildirilib. N. Hüseynov şəhər rəhbərliyinin cavabından asılı olmayaraq aksiyanın keçiriləcəyini qeyd edib. Piketdə D. Gülməmmədovun azad edilməsi tələb olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR