Bank Of Baku

Telekanalların qarşılıqlı yayımı ilə bağlı məsələ Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq

Telekanalların qarşılıqlı yayımı ilə bağlı məsələ Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq
# 29 noyabr 2007 11:31 (UTC +04:00)
Rusiya və Azərbaycan telekanallarının qarşılıqlı yayımı ilə bağlı məsələ dekabrın ortalarında Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın Moskvada keçiriləcək iclasında müzakirə olunacaq. APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, məsələnin həlli ilə bağlı siyasi qərar iyul ayında verilib, sentyabrda Rusiya Azərbaycan tərəfinə texniki sazişin parametrlərini təqdim edib, oktyabrın ortalarında isə Bakı qarşılıqlı təkliflərini Moskvaya göndərib. Səfir həmin təkliflərə Rusiya tərəfinin cavabı barədə hələ məlumat almayıb. Bir sıra texniki məsələnin hələ razılaşdırılmamış qaldığını qeyd edən V. İstratov ümidvardır ki, proses yaxın vaxtlarda yekunlaşacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR