Bank Of Baku

Vasili İstratov: “Kosovo ilə bağlı presedentdən qaçmaq çox çətin olacaq”

Vasili İstratov: “Kosovo ilə bağlı presedentdən qaçmaq çox çətin olacaq”
# 29 noyabr 2007 11:34 (UTC +04:00)
“Kosovo məsələsinin həllinin unikal olduğu və digər regionlar üçün presedent təşkil etməyəcəyi deyilsə də, bu presedentdən qaçmaq çox çətin olacaq”. APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bu gün keçirdiyi mətbuat konfransında bəyan edib. Tanınmamış respublikaların Rusiya tərəfindən tanınması ehtimalına münasibət bildirən səfir deyib ki, Rusiya rəsmiləri heç vaxt belə bəyanatla çıxış etməyiblər: “Bizim bəzi siyasətçilərimiz tanınmamış qurumların tanınması barədə bəyanatlar verirlər, lakin bu, dövlətin mövqeyi deyil”. Diplomat Rusiyanın bu presedentin yaranmaması üçün səy göstərdiyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR