Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi: “Mətbuata dəstək məqsədilə ictimai təşkilatların keçirmək istədikləri mitinqlə bağlı müraciəti araşdırırıq”

Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi: “Mətbuata dəstək məqsədilə ictimai təşkilatların keçirmək istədikləri mitinqlə bağlı müraciəti araşdırırıq”
# 29 noyabr 2007 12:01 (UTC +04:00)
BŞİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov APA-ya açıqlamasında hər iki aksiyanın şəhər rəhbərliyi tərəfindən mitinqlər üçün ayrılmış yerlərə təyin olunduğunu söyləyib və müraciətlərə qanunla müəyyənləşdirilmiş vaxtda cavab veriləcəyini bildirib. Şöbə müdiri aksiyalara icazə verilib-verilməyəcəyi ilə bağlı əvvəlcədən hər hansı fikir bildirmək istəməyib. Z. Ramazanov həmçinin, Respublika QİÇS Mərkəzinin və AFFA-nın kütləvi tədbirlə bağlı şəhər rəhbərliyinə müraciət etdiyini bildirib. 1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günündə mərkəz Şəhriyar adına Mədəniyyət Sarayının qarşısında kütləvi tədbir və sonra isə konsert keçirmək üçün müraciət edib. BŞİH bu tədbirin keçirilməsinə artıq razılıq verib. AFFA isə Nərimanov metrostansiyasının yaxınlığında “MaqDonalds” restoranının qarşısındakı meydanda 14 yaşa qədər olan uşaqlar arasında topla jonqyorluq festivalı keçirmək üçün müraciət edib. Tədbir dekabrın 14-nə nəzərdə tutulub və şəhər rəhbərliyi bu müraciətə hələlik cavab verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR