Bank Of Baku

Zaur Ramazanov: “Prezident seçkiləri vaxtı paytaxtda aksiyalar keçirmək üçün əlavə yerlərin ayrılması ilə bağlı hələlik Bakı şəhər İcra Hakimiyyətində müzakirə aparılmayıb”

Zaur Ramazanov: “Prezident seçkiləri vaxtı paytaxtda aksiyalar keçirmək üçün əlavə yerlərin ayrılması ilə bağlı hələlik Bakı şəhər İcra Hakimiyyətində müzakirə aparılmayıb”
# 29 noyabr 2007 12:45 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov bildirib. Onun sözlərinə görə, hələlik seçkilərə start verilmədiyindən bu məsələ də gündəmdə deyil. Şöbə müdiri ötən seçkilər zamanı şəhər rəhbərliyi namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün qanunla qadağan edilməyən yerlərlə təyin olunmuş aksiyaların hamısına müsbət cavab verib. Onun sözlərinə görə, qanunla seçkilər zamanı təbliğat-təşviqat kampaniyası dövründə icra hakimiyyəti orqanları həm təşviqat materiallarının yerləşdirilməsi, həm də aksiyalar üçün müvafiq yerlər ayırırlar. O, hazırda şəhər rəhbərliyinin 3 yerdə yürüş, 5 yerdə mitinq keçirmək üçün müvafiq yerlər ayırdığını qeyd edib. Səbayel rayonu ərazisində “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionu, Nizami rayonunda Bakı Neft Emalı Zavodunun qarşısındakı meydan, Xətai rayonunda Ukrayna meydanı, Suraxanı rayonunda “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Tofiq İsmayılov adına stadionu mitinq üçün ayrılıb. Küçə yürüşlərinin keçirilməsi üçün isə metronun “Neftçilər” stansiyasının yanından başlayaraq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun qarşısındakı meydana qədər, “Həzi Aslanov” metrostansiyasının yanından başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə Ukrayna meydanınadək, Səttar Bəhlulzadə adına meydandan “Neftçi” İdman Sağlamlıq Mərkəzinin stadionunadək ərazilər nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR