Bank Of Baku

Migel Anhel Moratinos: “Postsovet məkanındakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır”

Migel Anhel Moratinos: “Postsovet məkanındakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır”
# 29 noyabr 2007 13:00 (UTC +04:00)
“Postsovet məkanındakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır”. APA-nın Madridə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında qurumun fəaliyyətdə olan sədri Migel Anhel Moratinos deyib. O, postsovet məkanındakı münaqişələrin bəzilərinin həllində ciddi irəliləyişlər əldə edildiyini, bəzilərinin həllində isə irəliləyişlərin az olduğunu bildirib. M. A. Moratinos Dağlıq Qarabağ probleminin həllində də irəliləyişə nail olunacağına ümid etdiyini söyləyib. ABŞ dövlət katibinin müavini Nikolas Berns də ölkəsinin Minsk Qrupu çərçivəsində çox fəal çalışdığını və irəliləyiş əldə olunacağına ümid bəslədiyini açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR