Bank Of Baku

Esli Haistriss: “2005-ci illə müqayisədə, Azərbaycanda tərəqqiyə nail olunub”

Esli Haistriss: “2005-ci illə müqayisədə, Azərbaycanda tərəqqiyə nail olunub”
# 29 noyabr 2007 14:16 (UTC +04:00)
Bununla belə, E. Haistriss ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Rusiyada keçiriləcək seçkiləri izləməyəcəyindən təəssüfləndiyini dilə gətirib.
2005-ci illə müqayisədə, Azərbaycanda tərəqqiyə nail olunduğunu qeyd edən E. Haistriss 2008-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinin ATƏT PA tərəfindən də izləniləcəyini və lazımi qiymət veriləcəyini vurğulayıb.
Helsinki Vətəndaş Assambleyasının Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı bir müddət əvvəl bəyanatla çıxış etdiyini xatırladan E. Haistriss bu məsələni bundan sonra da diqqətdə saxlayacaqlarını bildirib: “Çünki bu, demokratiyanın vacib atributlarındandır. İnsanlar fikirlərini sərbəst ifadə etmək imkanına malik olmalıdırlar. Lakin eyni zamanda biz mətbuatın da professional olmasını istəyirik”.
Qeyd edək ki, E. Haistriss ATƏT Parlament Assambleyasının 2005-ci ildə Azərbaycanda parlament seçkilərini müşahidə etmiş nümayəndə heyətinin rəhbəri olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR