Bank Of Baku

VHP-nin qurultayı dekabrda keçiriləcək

VHP-nin qurultayı dekabrda keçiriləcək
# 29 noyabr 2007 14:36 (UTC +04:00)
Dekabrda Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti qurultayı keçiriləcək. Partiyanın sədri Sabir Rüstəmxanlının APA-ya verdiyi məlumata görə, ali toplantının dəqiq vaxtı müəyyənləşməsə də, onun dekabrın ikinci yarısında keçirilməsi nəzərdə tutulub. Partiya sədri bunun yer problemi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, qurultay kommersiya şərtləri ilə özəl yerlərin birində keçiriləcək. Toplantıda 400-dən çox qurultay nümayəndəsinin iştirakı gözlənilir. Qurultayda partiyanın seçkili orqanlarını hesabatları dinləniləcək və rəhbər qurumlara növbəti müddətə seçkilərin keçiriləcək. Qeyd edək ki, VHP-nin qurultayı noyabrın 17-nə təyin olunsa da, sonradan vaxt dəyişdirildi. Buna səbəb partiyanın qurultayının türk dövlətlərinin qurultayı ilə üst-üstə düşməsi olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR