Bank Of Baku

İstanbulda Qafqazda sülh və təhlükəsizlik mövzusunda beynəlxalq konfrans keçiriləcək

İstanbulda Qafqazda sülh və təhlükəsizlik mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 29 noyabr 2007 15:00 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində Qafqazda sülh və təhlükəsizlik mövzusunda beynəlxalq konfrans keçiriləcək. APA-nın Türkiyə bürosunun məlumatına görə, dekabrın 12-də Yıldız Texniki Universitetində keçiriləcək konfransda məşhur alim, Nyu-Yorkdakı Kolumbiya Universitetinin professoru Tadeuş Svitiçovski “İki neft bumu və Bakının dəyişən dünyası” mövzusunda çıxış edəcək. Tehrandakı Rusiya, Orta Asiya və Qafqaz Araşdırma Mərkəzinin direktoru, professor Mehdi Sanainin çıxışı “Qafqaz: bölgədə rəqabət və ya əməkdaşlıq çərçivəsi” mövzusunda olacaq. Azərbaycanı isə Sülh və Demokratiya İnstitutunun nümayəndəsi Arif Yunus təmsil edəcək. O, “Sovet sonrası Azərbaycanın siyasi qurumları: açıqlama və həqiqət” adlı məruzə ilə çıxış edəcək. Türk alimlərinin məruzələri isə Qafqaz ölkələri və xüsusilə Azərbaycandakı demokratikləşmə proseslərinə həsr olunacaq. Konfransda Gürcüstan və Ermənistandan da elm adamları iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR