Bank Of Baku

Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası gələn ilin mart ayında Bakıda keçiriləcək

Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası gələn ilin mart ayında Bakıda keçiriləcək
# 29 noyabr 2007 16:30 (UTC +04:00)
Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası 2008-ci ilin mart ayında Bakıda keçiriləcək. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu qərar qurumun bu günlərdə İndoneziyada keçirilən iclasında qəbul olunub. Azərbaycanın Assosiasiyanın işində fəal iştirakı və verdiyi töhfələr yüksək qiymətləndirildiyindən bu addım atılıb. İndoneziyada keçirilən tədbirdə növbəti iclasın Bakıda keçirilməsini nəzərə alaraq Azərbaycan haqqında məlumatları əks etdirən multimedia diskləri iştirakçılar arasında yayılıb. Bildirilib ki, belə bir mühüm tədbirin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq nüfuzunun artması və müsbət imicinin möhkəmlənməsini təsdiq edir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyanın təşkilatçılarından biri olub. Assosiasiyanın ötən il Pekində keçirilən 1-ci illik Konfransı və Ümumi Yığıncağında təşkilatın rəhbər orqanı İcraiyyə Komitəsi formalaşıb. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov assosiasiyanın vitse-prezidenti seçilib. Assosiasiya 140 ölkəni əhatə edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR