Bank Of Baku

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında aktiv dialoqun davam etdirilməsini istəyir

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında aktiv dialoqun davam etdirilməsini istəyir
# 29 noyabr 2007 16:42 (UTC +04:00)
Avropa İttifaqı Şurasının prezidenti, Portuqaliyanın xarici işlər naziri Luiş Amadu Azərbaycan və Ermənistanı danışıqları davam etdirməyə çağırıb. APA-nın “Panarmenian” agentliyinə istinadən verdiyi məlumata görə, L. Amadu ATƏT Xarici İşlər Nazirləri Şurasının Madriddə keçirilən toplantısındakı çıxışında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ədalətli və balanslaşdırılmış prinsiplər hazırlayıb: “Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında aktiv dialoqun davam etdirilməsini dəstəkləyir. Fürsətdən istifadə edərək tərəfləri səylərini artırmağa çağırırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR