Bank Of Baku

GUAM və “Vışeqrad dördlüyü” koordinatorlarının görüşü keçiriləcək

GUAM və “Vışeqrad dördlüyü” koordinatorlarının görüşü keçiriləcək
# 30 noyabr 2007 07:43 (UTC +04:00)
GUAM-ın baş katibi Valeri Çeçelaşvili Çexiyanın Ukraynadakı səfiri Karel Ştindel, Çexiya XİN-in Cənub-Şərqi Avropa Departamentinin direktoru Tomaş Suzunioq və Mərkəzi Avropa Departamentinin əməkdaşı Yana Ratsamova ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə tərəflər bir-birinə GUAM və “Vışeqrad dördlüyü” (Çexiya, Slovakiya, Polşa, Macarıstan) təşkilatları barədə məlumat verib, əməkdaşlıq məsələlərini müzakirə ediblər. “Vışeqrad dördlüyü”nə sədrlik edən Çexiya V.Çeçelaşvilini GUAM və “Vışeqrad dördlüyü” milli koordinatorlarının görüşünə hazırlıqla bağlı Praqaya dəvət edib. Görüşdə 2009-cu ilin birinci yarısında Çexiyanın Avropa İttifaqına sədrlik edəcəyi nöqteyi-nəzərindən GUAM-Avropa İttifaqı münasibətləri də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR